Gəlin toy günü xəstəxanalıq oldu - Azərbaycanda

23 yaşlı Tünzalə Qafarova dərhal xəstəxanaya çatdırılıbŞəki şəhərində gənc qız toy günü zəhərlənib. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Şəki məntəqəsindən ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, Şəki sakini, 19-cu rayon Bağbanlar küçəsi, bina 67.a ünvanında yaşayan 1991-ci il təvəllüdlü Tünzalə Ağəli qızı Qafarova dəm qazından zəhərlənib. O ağır vəziyyətdə təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.Zəhərlənən şəxsə dərhal ilkin tibbi yardım göstərilib. Bir neçə saat ərzində xəstənin vəziyyəti yaxşılaşdıqdan sonra o ambulator müalicə üçün evə buraxılıb.Qeyd edək ki, bu gün zəhərlənən qız gəlin köçəcək. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























