Qayğı qəsəbəsində bərpa işlərinə 700 min manata yaxın vəsait xərclənəcək

Laçının Qayğı qəsəbəsində "abadlıq işlərinin", “qəsəbə daxili yolların cari təmiri” işlərinin və "qəsəbə daxili işıqlandırma” işlərinə 696.170,03 AZN vəsait xərcləncək. Bu barədə tenderlərlə bağlı rəsmi elan saytında məlumat paylaşılıb.
Tenderin qalibi isə "Avtoyoltikintiservis" MMC-dir.
Qarabağda yenidənqurma bərpa işləri davam etdirilir. Bu il ərzində Qarabağın bərpasına 4 milyard manat ayrılması nəzərdə tutulub.
Cari il ərzində Qarabağa 40 min əhalinin köçülməsi planlaşdırılır.
2026-ci ilin sonuna kimi isə Qarabağa 130 min əhali köçürüləcək.
Gülnar
























