• $
  • €
  • ₽
  • ₺
  • £

Ötən ay xaricdə təhsil almış 65 nəfərin diplomu tanınmayıb

Ötən ay xaricdə təhsil almış 65 nəfərin diplomu tanınmayıb
06.03.2025 18:15

Fevral ayı üzrə 613 müraciətçinin 548-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilmiş, 65 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.Bu barədə Təhsildə Keyfiyyət Təminat Agentliyi məlumat yayıb. 

Qeyd olunub ki, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbi ilə 47, "Açıköğretim" təhsil forması səbəbilə 6, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə 4, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması və əhəmiyyətli fərq səbəbi ilə 3, baytarlıq ixtisası üzrə qiyabi formada təhsil alınması səbəbilə 2, ekvivalenti olmayan ixtisas səbəbilə 2, bakalavr diplomu üzrə imtina verilmə səbəbilə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiyadan 166, Ukraynadan 158, Türkiyədən 148, Belarusdan 43, Gürcüstandan 21, Birləşmiş Krallıqdan 18, Macarıstandan 12, Amerika Birləşmiş Ştatlarından 6, Polşadan 6, Qırğızıstandan 4, İsveç Krallığından 3, Niderland Krallığından 3, Pakistandan 3, İspaniya Krallığından 2, İtaliyadan 2, Malayziyadan 2, Mərakeş Krallığından 2, Tacikistandan 2, Almaniyadan 1, Belçika Krallığından 1, Cənubi Afrika Respublikasından 1, Çindən 1, Fransadan 1, İsveçrə Konfederasiyasından 1, Kanadadan 1, Koreyadan 1, Latviyadan 1, Nigeriyadan 1, Özbəkistandan 1, Qazaxıstandan 1müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq ixtisası üzrə 128, tibb ixtisası üzrə 52, yanğın təhlükəsizliyi mühəndisliyi ixtisas üzrə 43, həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi ixtisası üzrə 39, stomatologiya ixtisası 27 müraciət qeydə alınmışdır.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol