Məhkəmələrdə alimentlərlə bağlı qərarların icra olunmaması çoxluq təşkil edir

Alimentlərlə bağlı məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı şikayətlər çoxluq təşkil edir. Bunu Ombusdman Səbinə Əliyeva martın 7-da Milli Məclisdə İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsi zamanı çıxışı zamanı deyib.
" Alimentin borclu tərəfindən müxtəlif səbəblərdən vaxtında ödənilməməsi və ya ödənişdən boyun qaçırılması, borclunun icra qurumlarından gizlənməsi məhkəmə qərarlarının icra edilməsinə ciddi maneələr törədir", - Əliyeva bildirib.
Ombusdman bildirib ki, alimentlərin ödənilməsi ilə bağlı icra mexanizmləri təkmilləşdirilməlidir.
Səbinə Əliyeva təklif edir ki, alimentlərin ödənilməsi ilə bağlı vahid dövlət mexanizminin yaradılmasına ehtiyac var.
Gülnar Nazimqızı
























