Deputat təklif edir ki, pensiya yaşına az qalmış şəxslərin əmək hüquqları qanuna qorunsun

Növbəti illərdə Ombusdmanın məruzəsinin formatı həm müraciətlər, həm də problemlər üzrə qruplaşdırılması yaxşı olar. Bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
"Məruzənin formatı ilə bağlı növbəti illərdə bütövlükdə həm müraciətlər, problemlər üzrə tematik olaraq qruplaşdırılsın. Hansı mövzuda müraciətlərin olması qiymətləndirilsin. Hansı qurumlarla bağlı müraciətlərin olması yaxşı olar. Mərkəzi Bank tərəfindən bu təcrübə icra olunur", - deputat martın 7-də Milli Məclisdə İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsinə müraciət bildirərkən deyib.
Deputat Qazaxıstan qanunvericiliyini nüumunə göstərərək bildirib ki, pensiya yaşına az qalmış şəxslərin əmək hüquqları müdafiə oluna bilər.
"Digər məsələlərdən biri pensiya yaşının az qalmış işsiz şəxslərin məşğulluq məsələsidir. Bu sahədə müəyyən çətinliklər var. Ombusdman tərəfindən təkliflərin hazırlanması məqsədəuyğun olar. Qazaxıstanda pensiya yaşına 2 il qalmış şəxslərinişəgötürən tərəfindən azad edilməsinə imkan verilmir. Yalnız ştatlar ləğv olunduqda işdən azad oluna bilər. Oxşar pratika Azərbaycanda tətbiq edilə bilər", - deputat bildirib.
Bayramov həmçinin ipoteka kreditləri ilə bağlı müəyyən güzəştlərin olmasına ehtiyac olduğunu bildirib.
Gülnar Nazimqızı
























