Bakı Dəmiryol Vağzalında qatarların hərəkəti bərpa olunub- VİDEO - YENİLƏNİB

Bakı-Sumqayıt istiqamətində hərəkət edən qatarların normal fəaliyyəti artıq bərpa olunub.Bu barədə Azərbaycan Dəmir Yolları QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Bəxtiyar Hacıyev məlumat verib.
***
Hazırda Bakı Dəmiryol Vağzalında qatarların hərəkətində gecikmələr müşahidə olunur, növbələr yaranıb.Bu barədə "Qafqazinfo" xəbər verir.
Məsələ ilə bağlı ADY-nin mətbuat xidmətindən bildirilib ki, intervallardakı gecikmələr qatarların birində yaranan texniki nasazlıqla bağlıdır:
“Bakı-Pirşağı-Sumqayıt istiqamətində hərəkət edən qatarda texniki nasazlıq meydana gəlib. Həmin qatar xətdə yarım saata yaxın müddətdə qaldığı üçün, bu, digər qatarların da hərəkət qrafikinə təsir edib. Problem qısa müddətdə aradan qaldırılacaq”.
























