Rövşən Əsgərov Rusiyada axtarışa verilib

"Nə? Harada? Nə vaxt?" intellektual yarışmasının oyunçusu Rövşən Əsgərov Rusiyada axtarışa verilib.Bu barədə Rusiya Daxili İşlər Nazirliyindən bildirilib.
Axtarışla bağlı məlumat nazirliyin bazasına yerləşdirilib.
Rövşən Əsgərov bir müddət əvvəl Rusiyada ekstremist və terrorçuların siyahısına salınmışdı.
O,2022-ci ilin dekabrında Rusiyada xarici agent kimi tanınıb,üç dəfə xarici agentlərlə bağlı qaydaları pozduğuna görə cərimələnib. Ona qarşı nasizmin reabilitasiyası ilə bağlı cinayət işi də istintaq olunur.
























