• $
  • €
  • ₽
  • ₺
  • £

Daxili İşlər Nazirliyi müsabiqə elan etdi

Daxili İşlər Nazirliyi müsabiqə elan etdi
17.01.2014 17:55

Azərbaycan Daxili İşlər Nazirliyi polis orqanlarinda vakant olan siravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edib.

Nazirlikdən verilən məlumata görə, Çevik Polis Alayında, Bakı Şəhər və Nəqliyyatda Baş Polis İdarələrinin orqan və hissələrində, ərazi polis orqanlarında Post Patrul və Yol Patrul xidmətləri üzrə 439 vakant vəzifəni tutmaq məqsədilə keçiriləcək müsabiqədə Silahlı Qüvvələrdə həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (kişilər üçün), yaşı 20-dən az, 30-dan çox olmayan, boyu 175 santimetrdən (qadınlar üçün 170 sm.) hündür olan, düzgün bədən quruluşlu və idman cüssəli, tam orta təhsilli (YPX inspektoru vəzifələrinə isə əlavə olaraq avtomobil nəqliyyatına aid olan orta-ixtisas və ya ali təhsilli, 3 ildən az olmayan sürücülük stacı olan, kompüterdən istifadə etməyi bacaran) və "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş digər şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Müsabiqə zamanı xarici dillərdən birini sərbəst bilən şəxslərə üstünlük verilir. Şərtlərə uyğun gələn, müsabiqədə iştirak etmək arzusu olan şəxslər vakant olan vəzifələrə müsabiqə elan olunmuş polis orqanına ərizə ilə müraciət edərək şəxsiyyət vəsiqəsini, təhsil haqqında sənədin əslini, hərbi bileti (kişilər üçün), əmək kitabçasını (olanlar üçün) şəxsən təqdim etməlidirlər.

Təqdim olunmuş sənədlər əsasında namizədin müsabiqədə iştirakı üçün zəruri sənədləşmə aparılaraq, onun sağlamlıq vəziyyəti və fiziki hazırlıq səviyyəsi daxili işlər orqanları əməkdaşları üçün müəyyən olunmuş normativlər üzrə yoxlanılacaqdır.

Müsabiqə test imtahanları və müsahibə olmaqla iki mərhələdə keçiriləcəkdir. Test imtahanını müvəffəqiyyətlə vermiş namizəd müsahibəyə buraxılacaqdır.

Fiziki hazırlıq üzrə ödənilməli normativlər barədə məlumat DİN-in www.mia.gov.az ünvanlı Veb saytında yerləşdirilmişdir.

Müsabiqədə iştirak etmək üçün sənədlər 2014-cü il yanvar ayının 21-dən fevral ayının 22-dək hər gün (istirahət günlərindən başqa) saat 10-dan 17-dək vakant olan vəzifələrə müsabiqə elan edilmiş polis orqanlarında qəbul olunur.

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol