Azercell-in eksklüziv 100 seriyalı nömrələri artıq satışda!

Mobil operator 100, 101 və 110 seriyalı nömrələri istifadəçilərə təqdim edir
Azercell 100, 101 və 110 seriyalı nömrələrin satışına start verir. Mart ayının 5-dən etibarən
istifadəçilər 010 prefiksli yeni seriyalı nömrələri əldə edə bilərlər.
Yeni nömrələr öz eksklüzivliyi və fərdi yanaşması ilə seçilir. Bu yenilik istifadəçilərə fərqli və
yaddaqalan telefon nömrələri seçmək imkanı yaradaraq onların müştəri təcrübəsini daha
da individuallaşdırır.
100 seriyalı nömrələri Azercell-in rəsmi onlayn satış portalı www.azercellim.com vasitəsilə
əldə etmək mümkündür. Müştərilər mövcud seçimləri araşdıra və istədikləri nömrəni
asanlıqla tapa bilərlər. Yaxın zamanda digər prefiks və seriyalı nömrələr də
www.azercellim.com portalına əlavə ediləcək.
Yaddaqalan nömrənlə fərqlən, 100-də 100 üstünlüklə!
Daha ətraflı məlumat üçün rəsmi Azercell səhifəsinə daxil olun.
























