• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell mülki müdafiə sahəsində təşəbbüslərini genişləndirir

Azercell mülki müdafiə sahəsində təşəbbüslərini genişləndirir
07.03.2025 12:08

Şirkət Mülki Müdafiə Gününə həsr olunmuş konfransda iştirak etdi


1 mart - Ümümdünya Mülki Müdafiə Günü münasibətilə Fövqəladə Hallar Nazirliyi (FHN) və
Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə “Mülki müdafiə əhalinin
təhlükəsizliyinin təminatıdır” mövzusunda konfrans keçirilib.


“Azercell Telekom” MMC-nin Təhlükəsizlik departamentinin Biznesin Dayanıqlılığı şöbəsinin rəhbəri
Anar Mirzəyev tədbirdə “Əhalinin təhlükəsizliyində telekommunikasiyanın önəmi” mövzusunda
təqdimat ilə çıxış edərək şirkətin təhlükəsizlik və fövqəladə hallara hazırlıq istiqamətində həyata
keçirdiyi təşəbbüslər haqqında danışıb.


Qeyd edək ki, Azercell 2021-ci ildən etibarən FHN-nin Mülki müdafiə işinin təşkili Baş idarəsi ilə sıx əməkdaşlıq edir. Mobil operator mülki müdafiə üzrə təlimlər təşkil edir və onların daha geniş
auditoriyaya əlçatan olması üçün proqramı onlayn formata keçirib. Bu təlimlər iş yerində və
gündəlik həyatda təhlükəsiz davranış qaydalarını əhatə edir. Azercell bu təşəbbüsü yalnız daxili
akademik platformasında deyil, həm də ictimaiyyət üçün açıq xarici platformalarda paylaşır.
Fövqəladə hallara hazırlıq çərçivəsində Azercell əməkdaşları mütəmadi olaraq mülki müdafiə
məşqlərində iştirak edirlər. Həmçinin son illərdə şirkət mülki müdafiə dəstələri, texniki heyət və
rəhbərlik ilə birlikdə alternativ formatda Biznesin Davamlılığı testləri həyata keçirib. Bu tədbirlərdə FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsinin əməkdaşları da iştirak edərək dəstək göstəriblər.


"Dayanıqlı rabitə, təhlükəsiz həyat!"; prinsipi əsasında Azercell dövlət qurumları və müvafiq
strukturlarla birgə Böhran İdarəetmə Qrupu (BİQ) layihəsi çərçivəsində müxtəlif təlimlər və testlər həyata keçirib.
Ümumdünya Mülki Müdafiə Günü münasibətilə Azercell əməkdaşları üçün maarifləndirici
proqramlar, uşaqlar üçün xüsusi tədbirlər və rəsm müsabiqələri təşkil edərək təhlükəsizlik
qaydalarına dair bilikləri artırılmasına töhfə verib.
Azercell, təhlükəsizliyi korporativ mədəniyyətinin ayrılmaz hissəsi kimi qəbul edir və bu sahədə
fəaliyyətini "Təhlükəsizlik hər birimizin məsuliyyətidir!" şüarı ilə davam etdirir.
“Azercell Telekom” MMC və şirkətin fəaliyyəti haqqında daha ətraflı məlumat əldə etmək üçün rəsmi Azercell səhifəsinə daxil olun.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol