• $
  • €
  • ₽
  • ₺
  • £

20 Yanvar əlillərinə birdəfəlik maddi yardım

20 Yanvar əlillərinə birdəfəlik maddi yardım
17.01.2014 16:15
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar 319 nəfər 20 Yanvar əlilinin və 115 şəhid ailəsinin hər birinə 50 manat məbləğində birdəfəlik maddi yardım göstərilmişdir.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən ANN.Az-a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 yanvar tarixli Fərmanına əsasən, 20 Yanvar şəhidlərinin ailə üzvlərinə ayda 300 manat, 19 yanvar 2011-ci il tarixli Fərmanına əsasən isə 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə, o cümlədən I qrup əlillərə 150 manat, II qrup əlillərə 130 manat, III qrup əlillərə isə 100 manat məbləğlərində Azərbaycan Respublikası Prezidentinin təqaüdləri təyin olunmuşdur.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən indiyədək 53 nəfər 20 Yanvar əlili və şəhid ailəsi mənzillə, 58 nəfər 20 Yanvar əlili isə minik avtomobili ilə təmin edilmişdir. Hər il 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bu təbəqədən olan vətəndaşlarla görüşlər keçirilir, onlara birdəfəlik maddi yardımlar verilir, onların ölkə daxilində və xaricdə müalicəsi, sosial-məişət problemlərinin həlli, yay mövsümündə ölkənin müxtəlif istirahət zonalarında dincəlmələrinin təşkili istiqamətində müvafiq işlər görülür.Eyni zamanda, istedadlı əlillərin iştirakı ilə keçirilən ümumrespublika səviyyəli yaradıcılıq müsabiqələri və idman yarışlarında 20 Yanvar əlillərinin də iştirakı təmin edilir.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol