Neftçalada bir ailənin dörd üzvü dəm qazından zəhərlənib

Neftçalada bir ailənin dörd üzvü dəm qazından zəhərlənib.
APA-nın məlumatına görə, hadisə rayonun Xolqaraqaşlı kəndində baş verib.
Kənd sakinləri - 1994-cü il təvəllüdlü Məmmədova Rəqsanə Əbülfət qızı və 3 azyaşlı övladı vanna otağında olarkən zəhərləniblər.
Onlar dəm qazından zəhərlənmə diaqnozu ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan onların həyatları üçün təhlükə olmadığı bildirilib.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























