• $
  • €
  • ₽
  • ₺
  • £

Həkimlərin qəbuluna elektron qaydada düşmək olacaq

Həkimlərin qəbuluna elektron qaydada düşmək olacaq
17.01.2014 15:12

Bu ilin birinci rübündən həkimlərin qəbuluna elektron qaydada da düşmək olacaq. Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsədzadə hazırda bir neçə tibb müəssisəsində sınaq üçün sistemin istifadəyə verildiyini bildirib:

"Azərbaycanda həkim müayinəsinə getmək istəyən şəxslər elektron yolla qəbula yazıla biləcəklər. Amma hələki bu polikilinikalarda reallaşacaq. İlk növbədə isə uşaq polikilinikalarında. Elektron qeydiyyat sistemi yalnız dövlət ambulator tibbi müəssisələrini əhatə edəcək. Elektron qeydiyyat tətbiq edildikdən sonra pasiyent internetlə həkimin qəbuluna yazılacaq və növbəsini müəyyənləşdirəcək. Bunun da nəticəsində pasiyent əvvəlcədən müəyyən edilmiş vaxtda həkimin qəbuluna gələcək və öz növbəsində - gözləmədən qəbula girəcək».Elektron qeydiyyat vasitəsi ilə pasiyentin həkimlərin hansı xəstəxanada çalışdığını öyrənə biləcəyini söyləyən C.Əsədzadənin sözlərinə görə, üstəlik, həkimlərin qəbul vaxtlarını da müəyyənləşdirmək olacaq: «Bu məlumat olduqdan sonra pasiyent istədiyi həkimi seçəcək və qəbul tarixini həkimin qrafikinə uyğun olaraq müəyyən edəcək.Elektron qeydiyyatın aparılması üçün pasiyentlərdən əlavə avadanlıq və kart tələb edilməyəcək. Onlar, sadəcə, internet vasitəsilə sayt üzərindən qeydiyyata yazıla biləcəklər. Elektron qeydiyyat nazirlik tərəfindən mərkəzləşdirilmiş sayt vasitəsilə həyata keçiriləcək”.//Movqe.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol