• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycana qar yağacaq

Azərbaycana qar yağacaq
17.01.2014 14:04
Yanvarın 20-də Azərbaycanda hava qeyri-sabit keçəcək, temperatur ötən günlərlə müqayisədə bir qədər enəcək.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentidən Trend-ə verilən məlumata görə, yanvarın 20-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Günün ikinci yarısında havanın yağıntılı olacağı gözlənilir. Şimal küləyi arabir güclənəcək.Havanın temperaturu səhər və gündüz 5 dərəcəyədək isti, axşam 3 dərəcəyədək isti olacaq.Yanvarın 20-də səhər Azərbaycanın əsasən şimal rayonlarında, axşama doğru isə bəzi yerlərdə havanın yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərə qar yağacağı proqnozlaşdırılır. Şimal küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturu Aran rayonlarında gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.Yaxın 2 gün ərzində ölkə ərazisində mülayim hava şəraiti davam edəcək.Yanvarın 18-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Gecə bəzi yerlərdə zəif duman olacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.Bakıda və Abşeron yarımadasında sabah havanın temperaturunun gecə 2-5, gündüz 8-12 dərəcə isti olacağı proqnozlaşdırılır.Yanvarın 18-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Qərb küləyi əsəcək.Havanın temperaturunun Aran rayonlarında gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol