• $
  • €
  • ₽
  • ₺
  • £

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib
15.03.2025 14:10

Fövqəladə Hallar Nazirliyi (FHN) yanğın təhlükəsizliyi məsələləri ilə əlaqədar əhaliyə müraciət edib.

Müraciətdə bildirilir:

"Son günlər havanın temperaturunun yüksəlməsi fonunda ölkə ərazisində açıq sahələrdə, o cümlədən dağlıq və dağətəyi zonalarda yanğın hadisələrinə tez-tez rast gəlinir.

Yalnız Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülən operativ tədbirlər sayəsində həmin yanğınlar qısa müddətdə söndürülərək genişlənib böyük fəsadlar törətməsinin qarşısı alınır.

Həmin yanğınlarla əlaqədar nazirliyin Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən aparılan araşdırmalar nəticəsində bu yanğınların, əsasən, bəzi vətəndaşların odla ehtiyatsız davranması nəticəsində yarandığı müəyyən edilib.

Qeyd olunanları, habelə havanın temperaturunun yüksəlməsinin yanğınların genişlənmə riskini artırdığını nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi vətəndaşlara müraciət edərək yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə, o cümlədən odla ehtiyatlı davranmağa və yanğın baş verməsinə səbəb ola biləcək hallara yol verməməyə çağırır".

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol