• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı və ətrafında istismarda olan avtobusların sayı artırılacaq

Bakı və ətrafında istismarda olan avtobusların sayı artırılacaq
17.03.2025 11:41

Bakı şəhərində və ətraf ərazilərində istismar olunan avtobusların sayının 2500-ə çatdırılması planlaşdırılır. Bunu  açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İctimai nəqliyyat şöbəsinin müdiri Emin Məcidov bildirib.

"Sərnişindaşımada xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə avtobus parkının yenilənməsi, avtobusların sayının artırılması mərhələli şəkildə davam etdirilir. Belə ki, COP29 konfransı ərəfəsində ölkəyə gətirilmiş 160 ədəd müasir elektrikli avtobus paytaxtın marşrut xətlərində istismara verilib. Bundan başqa, özəl daşıyıcı şirkətlər də parkın yenilənməsi prosesində fəal iştirak edir. Onlar ötən il ekoloji təmiz texnologiyalar əsasında çalışan 60-dan artıq avtobus alıb, bu il isə əlavə təqribən 200 bu tipli avtobusun alınması nəzərdə tutulur”, - deyə o qeyd edib.

Nəqliyyat rəsmisi xatırladıb ki, ötən il 200 avtobus təmir olunaraq yenidən istismara buraxılıb: “Bununla paytaxtda və şəhərətrafı ərazilərdə müntəzəm marşrutlarda istismar olunan avtobusların sayı 2 160-a çatıb. Yaxın zamanlarda bu rəqəmin 2500-ə çatdırılması planlaşdırılır. Mobilliyin transformasiyası və marşrut şəbəkəsinin optimallaşdırılması çərçivəsində avtobus parkının yenilənməsi prosesi ölkənin bölgələrini də əhatə edir”, - məlumatda deyilir. 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol