• $
  • €
  • ₽
  • ₺
  • £

Beynəlxalq nəşrlərdə alimlərin məqalələrin sayı 2 dəfə çoxalıb - Nazir

Beynəlxalq nəşrlərdə alimlərin məqalələrin sayı 2 dəfə çoxalıb - Nazir
17.03.2025 12:24

“Web of Science” aparıcı elmi nəşrlər bazasında azərbaycanlı alimlərin dərc etdiyi məqalələrin sayı 2022-ci illə müqayidə iki dəfə çox olub. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev öz sosial hesabında bildirilib. 

"2024-cü ildə alimlərimiz tərəfindən bu bazada indekslənən elmi nəşrlərdə dərc edilmiş məqalələrin sayı 2022-ci illə müqayisədə 2 dəfə çox olub. Məqalələrin 325-i dünyada ən çox oxunan 10%, 85-i isə 1% elmi işlərin arasında yer alıb.Bu nəticələr ölkə alimlərinin dünyada nüfuzunun artdığını göstərir və gələcəkdə elm sahəsində əldə olunacaq beynəlxalq uğurlara işarə edir", - nazirin paylaşımında qeyd olunub. 

Nazir Emin Əmrullayev bir neçə gün öncə ölkədə fəaliyyət göstərən alimlərlə görüşüb. Əmrullayev alimlərin təkliflərini və hazırda mövcud olan problemlərini dinləyib. 

2025-ci il ölkədə 300-dək alim mükafatlandırılacağı gözlənilir. 

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi bundan əvvəl açıqlayıb ki, elmi göstəriciləri yüksək olan bir sıra tədqiqatçılara iyuldan başlayaraq hər ay min manatadək vəsait ödənilir. 

Bundan əvvəl elm və təhsil naziri Emin Əmrullayev çıxışlarında bildirib ki, hazırda son 3-5 ildə elmi nailiyyətləri yüksək olan alimlərin fəaliyyətləri araşdırılır.
 
Hazırda Elmi Tədqiqat İnstitutlarında 8 minə yaxın şəxs çalışır, onların 5 minə yaxını sırf elmi araşdırmalarla məşğuldur. 
 
Nazir həmçinin daha öncəki çıxışları zamanı söyləyib ki, son 5 ildə yazı yazmayan alimə alim kimi yanaşmaq doğru deyil.

Bundan əvvəl nazir Emin Əmrullayev onu da bildirib ki, hazırda ölkədə olan şərtlərə görə xaricdə fəaliyyət göstərən alimlər Azərbaycana gəlməkdən imtina edir. 

Gülnar Nazimqızı 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol