• $
  • €
  • ₽
  • ₺
  • £

Dağlıq rayonlara qar yağır - Faktiki hava

Dağlıq rayonlara qar yağır - Faktiki hava
20.03.2025 10:30

Martın 20-nə olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə,ölkə ərazisinin əksər bölgələrində küləkli və yağıntılı hava şəraiti davam edir.

Hazırda bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 24 m/s, Neftçala və Şəmkirdə 20 m/s, Naftalanda 18 m/s, Şahdağda 17 m/s-dək güclənib.

Dağlıq ərazilərə qar yağır. Yağan qarın hündürlüyü Şahdağda 9, Qaxda (Sarıbaş) 5, Qusarda (Laza) 4, Qrızda 3, Xınalıqda 2, Daşkəsən və Xaltanda 1 sm-dir.

Düşən yağıntının miqdarı isə Zaqatalada 72, Balakəndə 50, Şəkidə 40, Şəmkirdə 25, Tovuzda 24, Gədəbəydə 21, Gəncədə 18, Oğuzda 17, Göygöl və Qəbələdə 15, Bakıda və Abşeron yarımadasında 8, Quba, Sabirabad, Lerik, Qobustan və Şahbuzda 5, Ağstafa, Yardımlı və Lənkəranda 4, Mingəçevir, Beyləqan, Goranboy, Cəfərxan, Ceyrançöl və Şərurda 3, Tərtər, İmişli, Sədərək və Culfada 2, Yevlax, Göyçay, Kürdəmir, Ağdam, Şuşa, Laçın, Xocalı, Füzuli, Kəlbəcər, Astara, Naftalan, Şabran, Ordubad və Naxçıvanda 1 mm-dir.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6, Naxçıvan MR-da 7, Aran rayonlarında 8 dərəcəyədək isti, dağlıq rayonlarda 7 dərəcəyədək şaxta qeydə alınıb.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol