Gəncədə 3 nəfər qidadan zəhərlənib

Gəncə şəhərində üç nəfər qidadan zəhərləniblər.
“Report”un Qərb bürosunun məlumatına görə, Gəncə şəhərində T.Cabbarzadə (2002), G.Əmiraslanova (2001) və K.Kərimova (2004) zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Onların suşidən zəhərləndikləri ehtimal olunur. Zərərçəkənlərə tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, suşi düyü, nori yosunu, balıq və dəniz məhsulları kimi müxtəlif içalatdan hazırlanan yapon yeməyidir.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























