• $
  • €
  • ₽
  • ₺
  • £

AMEA-da yeni qayda - Alimlər narazılıq edir

AMEA-da yeni qayda - Alimlər narazılıq edir
16.01.2014 14:55

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) işə davamiyyəti artırmaq və işçilərin işdən yayınma hallarını qarşını almaq məqsədilə kart sisteminə (“turniket”) keçilib.

Bu barədə Modern.az saytına AMEA-dan məlumat verilib. AMEA institutlarının girişində qoyulan “turniket”lər iş intizamını və keyfiyyətini artırmaq üçün nəzərdə tuulub. Lakin ötən ilin noyabrın 19-dan start verilən yenilik - kart sisteminə keçiddən  AMEA strukturunda çalışan elmi işçilərin narazılığına səbəb olub. Alimlər bildirirlər ki, “turniket”ə keçiləndən sonra hər gün 2-3 dəfə AMEA institutlarında çalışanların yerində olub-olmadığını yoxlayırlar. Əvvəllər elmi işçilərə həftəninin çərşənbə və cümə axşamları “yaradıcılıq günü” kimi verilirdi sə, kart sistemindən sonra bu da aradan qaldırılıb. Yəni, yaradıcılıq günlərində  kadrlar işə gəlməksə sərbəst idilər, kitabxanaya gedir, elmi yaradıcılqla məşğul olurdular. Bu ənənənin aradan qaldırılması da narazılığa səbəb olub. Bundan əlavə, AMEA-dan Modern.az-a bildirlib ki, “turniket”ə keçiləndən sonra qaydalara əsasən, işə az gələnlərin maaşlarından müəyyən məbləğ tutulur. Aşağı maaş alan və bu səbəbdən 2-3 yerdə işləməyə məcbur olan Akademiya işçiləri arasında yeni qaydaların ciddi narazılıq doğurduğu vurğulanır. Çünki az maaşla yüksək intizam tələb olunan yerdə işçilərin axşama qədər akademiyada qalması onlara sərf etmir. Məsələn, fəlsəfə doktoru olan böyük elmi işçi ayda 254 manat, elmi dərəcəi omayanlar 150-170 manat məvacib alırlar.Bu səbəbdən də elə əməkdaşlar olub ki, “turniket sistemi”nin tətbiqindən sonra kartlarını iş yoldaşlarına veriblər ki, onların işə gəldiyini bildirmək üçün kartı sistemdə qeydiyata aldırsın. Yəni, bir nəfər bir neçə işçinin kartını “turniket”ə vurub. Məsələnin üstü açılandan sonra həmin şəxslər barəsində ciddi ölçülər götürülüb. Hazırda AMEA-da işə davamiyyətlət bağlı nəzarət gücləndirilib. İnstitutların girişində xüsusi xəbərdarlıq elanları da vurulub.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol