• $
  • €
  • ₽
  • ₺
  • £

Qamət Süleymanov və Əlixan Musayev məsələsinə rəsmi münasibət

Qamət Süleymanov və Əlixan Musayev məsələsinə rəsmi münasibət
16.01.2014 13:21
 Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi son günlər ölkənin dini sferasında baş verənlərlə bağlı bəyanat yayıb.Komitədən APA-ya verilən məlumata görə, son günlər KİV-də və sosial şəbəkələrdə özünü “sələfi” adlandıran dini qrupun bir sıra nümayəndələri arasında qarşılıqlı ittihamların səsləndirilməsi müşahidə edilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən aparılan monitorinqin nəticələrinə əsasən, “fətva” xarakterli ittihamlar və sözügedən qruplaşmaların digər hərəkətləri ölkədə mövcud olan tolerantlıq mühitinə zidd hallara yol verilməsi, insan hüquqlarının pozulması, cəmiyyətdə çaşqınlıq yaradılması və şəri məsələlərlə bağlı fətva vermək səlahiyyətlərinin mənimsənilməsi ilə müşahidə olunur: “Bu səbəbdən sözügedən gərginlik hansı zəmində yaranmasından asılı olmayaraq, ölkədəki mövcud dini duruma və respublikamızın beynəlxalq imicinə mənfi təsir göstərməkdədir. Cəmiyyətdə dini sabitliyin, müxtəlif məzhəb və dini cərəyanlara mənsub dindarlar arasında dözümlülüyün təmin olunması istiqamətində fəaliyyət göstərən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaranmış vəziyyəti yaxından müşahidə etməklə yanaşı, dini durumda sabitliyin qorunması məqsədilə zəruri tədbirlər həyata keçirir. Eyni zamanda sözügedən açıqlama və materialların dini duruma birbaşa mənfi təsiri, qarşılıqlı ittihamların kifayət qədər ciddi olduğu və hüquqi qiymət verilməsinə zərurət yarandığı nəzərə alınaraq, həmin materiallarda dini zəmində nifrət və ədavətin yayılmasına zəmin olmasını, dini dözümsüzlüyə rəvac verilməsini və Azərbaycan vətəndaşlarının xarici ölkələrdəki hərbi münaqişələrə cəlb edilməsinə çağırış olmasını müəyyənləşdirmək məqsədilə aparılan monitorinq və təyin olunmuş dinşünaslıq ekspertizasının nəticələrinə uyğun olaraq Dövlət Komitəsi tərəfindən, hüquqi müstəvidə görülən tədbirlər də daxil olmaqla, bütün zəruri addımlar atılacaq”.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol