• $
  • €
  • ₽
  • ₺
  • £

Keçmiş deputatlığa namizədə 10 il həbs cəzası

Keçmiş deputatlığa namizədə 10 il həbs cəzası
16.01.2014 13:12
Bakı Ağır Cinayətlər Məhkəməsində Tiflis şəhəri meriyasının Azərbaycanda daimi nümayəndəliyində «İberiya-press» agentliyinin sabiq icraçı direktoru Rəşad Muradəliyev və Ayaz Rəşidovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, R. Muradəliyev 10 il, A. Rəşidov isə 9 il müddətinə azadlıqdan məhrum edilib.Qeyd edək ki, R. Muradəliyev bir müddət axtarışda olub. Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Rəşad Fazil oğlu Muradəliyev 2012-ci il sentyabrın 12-də, A. Rəşidov isə iyulun 12-də  saxlanılıb.Məlumata görə, R. Muradəliyev həbs olunan zaman Tiflis şəhəri meriyasının Azərbaycanda daimi nümayəndəliyində fəaliyyət göstərən «İberiya-press» agentliyinin icraçı direktoru vəzifəsində çalışıb. O, bundan əvvəl də iki dəfə dələduzluq faktına görə həbs edilib.R. Muradəliyev həmçinin 2005-ci ildə deputatlığa namizəd olub.Qeyd edək ki, R. Muradəliyevin atası Fazil Muradəliyev Azərbaycan SSR KP MK-nın ideoloji katibi olub. Onu da qeyd edək ki, təqsirləndirilən şəxslər barələrində olan hökmdən apellyasiya şikayəti veriblər. ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol