Gəncədə sərnişin avtobusu minik avtomobili ilə toqquşub, xəsarət alanlar var

Gəncədə sərnişin avtobusu minik avtomobili ilə toqquşub, xəsarət alanlar var.
"Report"un məlumatına görə, hadisə Yeni Gəncə qəsəbəsində qeydə alınıb.
Belə ki, şəhərdaxili sərnişin daşıyan mikroavtobusla "Toyota" markalı avtomobilin toqquşması nəticəsində Daşkəsən rayon sakinləri, 1983-cü il təvəllüdlü T.Orucova və 1978-ci il təvəllüdlü Z.Bayramova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























