• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev Şəfiqə Məmmədovaya “İstiqlal” ordenini təqdim edib - Yenilənib

İlham Əliyev Şəfiqə Məmmədovaya “İstiqlal” ordenini təqdim edib - Yenilənib
29.03.2025 12:43

Azərbaycan Prezidenti İlham Əliyev martın 29-da Şəfiqə Məmmədovanı qəbul edib və ona “İstiqlal” ordenini təqdim edib.

Şəfiqə Məmmədovanı salamlayan Prezident İlham Əliyev deyib:

- Hörmətli Şəfiqə xanım, sizi qarşıdan gələn yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm, sizə cansağlığı, yeni uğurlar arzulayıram. Siz uzun illər ərzində Azərbaycan mədəniyyətinin inkişafında çox önəmli rol oynayırsınız, ölkəmizin teatr və kino sənətinə dəyərli töhfələr vermisiniz. Həm gözəl aktrisa, həm pedaqoq, ictimai xadim kimi xalqımızın hörmət və rəğbətini qazanmısınız. Ulu Öndər Heydər Əliyev sizin fəaliyyətinizi həmişə yüksək qiymətləndirirdi, siz bunu yaxşı bilirsiniz.

Hələ sovet dövründə siz həm Azərbaycan Respublikasının, həm Sovet İttifaqının dövlət mükafatlarına layiq görülmüsünüz. Müstəqillik illərində, 2000-ci ildə Ulu Öndərin Sərəncamı ilə siz “Şöhrət” ordeni ilə təltif olunmusunuz. Ondan sonra da Azərbaycan dövləti sizin fəaliyyətinizi həmişə yüksək qiymətləndirərək sizi ali mükafatlarla təltif etmişdir. Mənim Sərəncamımla siz "Şərəf", Birinci dərəcəli "Əmək" ordenləri, Fəxri diplom ilə təltif olunmusunuz. Bu gün imzaladığım Sərəncam əsasında “İstiqlal” ordeni ilə təltif edilirsiniz. İcazə verin, bu yüksək, ali mükafatı sizə təqdim edim.

Prezident İlham Əliyev “İstiqlal” ordenini Şəfiqə Məmmədovaya təqdim edib.

Prezident İlham Əliyev: Təbrik edirəm.

Şəfiqə Məmmədova: Çox sağ olun, minnətdaram, cənab Prezident.

Mən bu gün səhərdən təbii ki, həyəcan içindəyəm. Möhtərəm cənab Prezident, bu gün mənim həyatımın ən xoşbəxt, ən mənalı və nəticəli günlərimdən biridir. Hörmətli cənab Prezident, bu gün Siz mənə elə bir zirvəni, elə bir qüruru bəxş etmisiniz ki, mən ömrümün axırına kimi Sizə minnətdar olacağam. Qoy Ulu Tanrı Sizi hifz eləsin, dövlətimiz üçün, xalqımız üçün, ailəniz üçün və bizim üçün qorusun. Allah Sizə o qədər güc-qüvvə versin ki, Siz bu böyük siyasətdə daha da yüksək zirvələri fəth edəsiniz.

Prezident İlham Əliyev: Sağ olun, təşəkkür edirəm. Çox sağ olun.

Şəfiqə Məmmədova: Var olun. Xahiş edirəm, Sizə və gözəl Mehriban xanıma olan dərin ehtiramımı, hörmətimi, məhəbbətimi qəbul edəsiniz.

Prezident İlham Əliyev: Mehriban da sizə salamlarını çatdırır, özü də təbrik edəcək.

Şəfiqə Məmmədova: Çox sağ olsun, var olsun. Var olun cənab Prezident, adınız həmişə işıqlansın.

Prezident İlham Əliyev: Sağ olun, təşəkkür edirəm.

Şəfiqə Məmmədova: Minnətdaram, çox sağ olun.

11.33

Azərbaycan Prezidenti İlham Əliyev martın 29-da Şəfiqə Məmmədovanı qəbul edib və ona “İstiqlal” ordenini təqdim edib.Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

11:22

Xalq artisti Şəfiqə Haşım qızı Məmmədova “İstiqlal” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla Şəfiqə Məmmədova Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə mükafata layiq görülüb. 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol