• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir müavini: “Çatışmazlıqlar var”

Nazir müavini: “Çatışmazlıqlar var”
15.01.2014 19:31
 Bu gün ölkə prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın və “Korrupsiyaya qarşı mübarizəyə dair Milli Fəaliyyət Planı”nın icrası üzrə Səhiyyə Nazirliyinin 2014-cü il üçün iş planını müzakirə etmək məqsədi ilə müşavirə keçirilib. Nazirlikdən APA-ya verilən xəbərə görə, müşavirəyə rəhbərlik edən nazir müavini Elsevər Ağayev ölkə rəhbərinin xüsusi diqqət yetirdiyi korrupsiyaya dair mübarizə işi, habelə acıq hökumətin təşviqi məsələlərinə dair hər il Səhiyyə Nazirliyində müxtəlif tədbirlərin həyata keçirildiyini və görülmüş işlərlə əlaqədar müvafiq plan hazırlanaraq dövlətə hesabat verildiyini qeyd edib. E. Ağayevin sözlərinə görə, istər korrupsiya ilə mübarizə məsələlərində, istərsə də digər tədbirlər planına salınmış məsələlərlə əlaqədar dövlət qurumlarına hər il müvafiq tapşırıqlar verilir, hesabatlar tələb olunur və çatışmazlıqlarla əlaqədar tədbirlər görülür. Nazir müavini qeyd edib ki, səhiyyə sektoru da bu mövzudan kənarda qalmayıb. Görülən çoxsaylı işlərə rəğmən bəzi çatışmazlıqlar var. Bu baxımdan da hər ilin əvvəlində, yaxud da ilin sonunda görülmüş və görüləcək işlərə dair Səhiyyə Nazirliyi iş planını dövlətə təqdim edir. Bildirilib kİ, hazırda “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın və “Korrupsiyaya qarşı mübarizəyə Milli Fəaliyyət Planı”nın icrası üzrə Səhiyyə Nazirliyinin 2014-cü il üçün iş planı hazırlanır. Müşavirə iştirakçılarına müvafiq tapşırıq və tövsiyələr verilib, plandan irəli gələn bir sıra məsələlər müzakirə olunub.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol