• $
  • €
  • ₽
  • ₺
  • £

Müdafiə Nazirliyi valideynlərə müraciət etdi

Müdafiə Nazirliyi valideynlərə müraciət etdi
15.01.2014 16:56
Müdafiə Nazirliyi əsgərlərin Gəncədəki hərbi hissədə özlərinə xəsarət yetirməsı məsələsinə rəsmi aydınlıq gətirdi.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 12-də Gəncə səhərində yerləşən "N" saylı hərbi hissələrdən birində 1995-ci il təvəllüdlü, 2014-cü ilin yanvar ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran şöbəsindən müddətli həqiqi hərbi xidmətə çağırılan əsgər Əlizadə Rəvan Arif oğlu və 1995-ci il təvəllüdlü, 2014-cü ilin yanvar ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami rayonu şöbəsindən müddətli həqiqi hərbi xidmətə çağırılan əsgər Nəcəfov Nicat Vüqar oğlu özlərinə müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər (sol saidin kəsilmiş yaraları diaqnozu). Hər iki əsgərə tibb məntəqəsində ilkin yardım göstərilib.Yanvarın 13-də əsgərlər Bakı şəhərinə gətirilərək Silahlı Qüvvələrin Baş Kliniki Hospitalının Psixiatriya bölməsinə yerləşdiriliblər. Əsgərlərin vəziyyəti kafidir.Müalicə bitdikdən sonra xəstəlik epikrizi çıxarılacaq. Respublika baş psixiatrının rəyi alındıqdan sonra hər iki əsgərin Silahlı Qüvvələrin sıralarında xidmətlərini davam etdirmələri məsələsi həll ediləcək.Hadisə ilə bağlı cinayət işi başlanıb. Faktla əlaqədar Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.Baş verən hadisələrin ilkin araşdırması göstərir ki, əksər hallarda bu cür hərəkətləri adaptasiya dövründə, mənəvi-psixoloji və fiziki cəhətdən hərbi xidmətə tam hazır olmayan, hərbi xidmətin çətinliklərinə dözməyən gənclər törədir.Müdafiə Nazirliyi valideynlərə, təhsil müəssisələrinin pedaqoji kollektivlərinə, ictimaiyyət nümayəndələrinə müraciət edərək həqiqi hərbi xidmətə çağırılan gənclərin Vətənə məhəbbət, xalqa, dövlətə sədaqət ruhunda tərbiyə olunması, onlarda fədakarlıq və qəhrəmanlıq hisslərinin aşılanması, mənəvi-psixoloji cəhətdən hərbi xidmətin çətinliklərinə hazır olmalarına diqqət yetirilməsini xahiş edir.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol