Qaxda dağlıq ərazidə torpaq sürüşməsi olub

Qaxda dağlıq ərazidə torpaq sürüşməsi baş verib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Ləkit kəndində, “Mamırlı” şəlalə ərazisində olub.
Ləkit kəndindən 800 metr aralıda yerləşən dağdan gələn torpaq qatı Ləkit çayına tökülüb və şəlaləyə gedən yolu bağlayıb.
Nəticədə çaya tökülən torpaq çayda balaca göl yaradıb.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























