• $
  • €
  • ₽
  • ₺
  • £

Abbas Abbasov telekanal açır

Abbas Abbasov telekanal açır
15.01.2014 14:17
“Azerros” yeni telekanal layihəsinə başlayır. Söhbət Albax TV layihəsindən gedir. ANN.Az Axar.az-a istinadən xəbər verir ki,  əslində Albax TV müxtəlif kanalların paketindən ibarət bir layihədir. Bu paketdə hətta Azərbaycanda fəaliyyət göstərən telekanallar da yer alıb. Amma söhbət ondan gedir ki, Albax-ın özünün də telekanalı olacaq. Bu ART -   “Azərbaycan-Rusiya TV” adlanır. Həmin kanal isə Azərbaycan, Gürcüstan, Türkiyə və digər dövlətlərə yayınlanacaq.   Mənbənin dediyinə görə, yeni kanalda, yəni Azərbaycan-Rusiya TV-də xəbərlər, analitik icmal və digər siyasi-sosial mövzular daha çox yer alacaq.   Bu kanala Cəmil Sadıqbəyov adlı bir şəxsin rəhbərlik edəcəyi gözlənilir. Sadıqbəyov əvvəllər “Azerros” qəzetinin baş redaktoru olub. Mənbənin məlumatına görə, kanalın Azərbaycan bürosunda çalışacaq əməkdaşların da siyahısı tutulub. Bu əməkdaşların əksəriyyəti adı bizə bəlli olan ölkənin tanınmış saytlarından birində çalışırlar.  Telekanalın ofisi isə Moskva şəhəri, Krasnya Presnya küçəsi 24 ünvanında yerləşir.  Bir qədər əvvəl isə Baş nazirin keçmiş 1-ci müavini Abbas Abbasovun dəstəyi ilə radio da təsis edib. “Evrazia FM” adlanan radionun “Evrazia.ru” saytı da artıq fəaliyyət başlayıb.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol