• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda Çin vətəndaşlarından ibarət kibercinayətkar dəstə saxlanıldı

Azərbaycanda Çin vətəndaşlarından ibarət kibercinayətkar dəstə saxlanıldı
15.01.2014 13:30
 Daxili işlər orqanları kibercinayətkarlıqla mübarizə istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirib.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nərimanov rayon Polis İdarəsinin əməkdaşları ölkəmizin bank sektoruna qarşı kibercinayətlər törətməkdə təqsirli bilinən 4 nəfərdən ibarət qrupu zərərsizləşdirib. Çin Xalq Respublikasının vətəndaşları - 27 yaşlı Zhang Jianquan, 29 yaşlı Zhong Hailing, 33 yaşlı Xu Zhengping və 32 yaşlı Zeng Huihui xüsusi alət və vasitələr, eləcə də mikrosxemlər, video çəkiliş aparatları, yaddaş kartları və digər ləvazimatlar vasitəsilə Azərbaycan Beynəlxalq Bankının bankomatlarına müdaxilə ediblər. İstintaq araşdırmaları nəticəsində məlum olub ki, 2013-cü ilin yay aylarında ölkəmizə gələn qrup üzvləri əvvəlcədən hazırladıqları plana əsasən bankomat aparatlarına müdaxilə edərək külli miqdarda pul mənimsəməyə cəhd göstəriblər. Onlar Nərimanov rayonunun Təbriz küçəsində yerləşən Azərbaycan Beynəlxalq Bankının bankomat aparatlarına gizli videokameralar yerləşdiriblər. Bu yolla müştərilərə məxsus kartların PİN kodları öyrənilib. Bankomatların kart oxuyucu hissəsinə isə xüsusi hazırlanmış “skimmer” qurğusu quraşdırılıb. Onlar bu üsulla müştərilərin bank kartlarındakı maqnit xəttində saxlanılan zəruri məlumatları oğurlamağa cəhd ediblər. Qrup üzvləri saxlanıldıqdan sonra müəyyən olunub ki, onlar bu yolla təxminən 3634 nəfər müştərinin bankomat kartlarını qeydiyyata alıblar. Lakin bu müştərilərdən yalnız 21 nəfərin kartı tam oxunub, PİN kodu öyrənilib. Saxlanılan şəxslər bildiriblər ki, kart məlumatları tam öyrənildikdən sonra Çin Xalq Respublikasına qayıdaraq müştərilərin hesabındakı pulları asanlıqla mənimsəyəcəklərmiş. Beləliklə, ilkin mərhələdə kart məlumatları tam öyrənilmiş 21 nəfər şəxsin hesabındakı 24 539 manat pul gizli yolla talanmalı imiş. Lakin Nərimanov polisinin xüsusi peşəkarlıqla həyata keçirdikləri istintaq əməliyyat tədbirləri nəticəsində qrup üzvlərinin bu cinayətinin qarşısı alınıb. Saxlanılan şəxslərin qaldığı Nərimanov rayonu ərazisindəki “Ariva” mehmanxanasına baxış zamanı video qurğular, yaddaş kartları, mikrosxemlər, “skimmer” aparatları, digər alət və vasitələr aşkarlanaraq maddi sübut kimi götürülüb. İstintaq yolu ilə daha sonra müəyyən olunub ki, qrup üzvləri xeyli sayda vətəndaşa məxsus bankomat kartının məlumatlarını ələ keçirməklə, eləcə də bankomat aparatlarını zədələməklə Azərbaycan Beynəlxalq Bankına 14 196 manat ziyan vurublar. Fakta bağlı Azərbaycan Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanıb, bu istiqamətdə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol