• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərsun Holdinq” Türkiyədə təhsil alan 20 tələbəyə dəstək olub

“Azərsun Holdinq” Türkiyədə təhsil alan 20 tələbəyə dəstək olub
09.04.2025 16:14

“Azərsun Holdinq”  yarandığı gündən ölkənin qida sənayesinin və kənd təsərrüfatının inkişafı üçün saysız işlər görür, müxtəlif layihələr həyata keçirir.

Aqrar sahənin təkmilləşməsinə və yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsinə davamlı olaraq dəstək verən şirkətlər qrupu bu dəfə Ege Universitetində təhsil alan 20 azərbaycanlı magistrin 1 illik yataqxana xərcini ödəyib.

Bununla bağlı Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU), Ege Universiteti və Azərsun Holdinq arasında memorandum imzalanıb.

ADAU ilə Ege Universiteti arasında həyata keçirilən Beynəlxalq ikili diplom proqramı çərçivəsində ilk məzunlardan 20 nəfər hal-hazırda magistratura səviyyəsində təhsillərini davam etdirirlər.

Bu gənc tədqiqatçılar, gələcəkdə Azərbaycanın kənd təsərrüfatının inkişafına böyük töhfələr verəcək və ölkəmizin bu sahədəki inkişafına önəmli təsir göstərəcək. 

Qeyd edək ki, bu təşəbbüs “Azərsun Holdinq”in mərhum qurucusu Abdolbari Gozal tərəfindən irəli sürülüb. 

Onun rəhbərliyi altında “Azərsun Holdinq” 33 il ərzində yüzlərlə sosial layihə həyata keçirərək ,ölkə həyatının müxtəlif sahələrində mühim işlər görüb. 

Yerli kadrların hazırlanmasını fəaliyyət prioritetlərindən hesab edən Abdolbari Gozal kənd təsərrüfatının inkişafını və mütəxəssislərin yetişdirilməsini həmişə ön planda tutub. 

Bu gün də icrası davam etdirilən bu təşəbbüslər, Azərbaycanın iqtisadi inkişafını təmin edərək, ölkəmizin gələcəkdə daha güclü və inkişaf etmiş kənd təsərrüfatı sektoruna sahib olmasına zəmin yaradır.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol