• $
  • €
  • ₽
  • ₺
  • £

Yağıntılı və küləkli hava şəraiti davam edir - Faktiki hava

Yağıntılı və küləkli hava şəraiti davam edir - Faktiki hava
10.04.2025 18:29

Aprelin 10-u saat 18:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.

Bakıda və Abşeron yarımadasında, eyni zamanda Salyan, Tərtər, Mingəçevir, Yevlax, Beyləqan, İmişli, Sabirabad, Biləsuvar, Yardımlı, Lənkəran, Astara, Naftalan, Ceyrançöl, Ağstafa, Qax, Zaqatala, Şəki, Oğuz, Qəbələ, Qobustan, Quba, Qusar, Qrız, Xaltan, Qazax, Tovuz, Şəmkir, Daşkəsən, Göygöl və Gəncədə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.

Hazırda qərb küləyi əsir, küləyin sürəti arabir Bakıda və Abşeron yarımadasında 23 m/s, Kəlbəcərdə 22 m/s, Sabirabadda 19 m/s, Şahbuzda 17 m/s, Hacıqabulda 16 m/s-dək güclənib.

Daşkəsən, Gədəbəy, Qax, Zaqatala, Şəki, Balakən, Qəbələ, Şamaxı, Altıağac, Qrız və Xaltanda duman müşahidə olunur, görünüş məsafəsi 500 m-dək məhdudlaşır.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol