• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı Metropolitenində YENİLİK

Bakı Metropolitenində YENİLİK
15.01.2014 10:25
Bakı Metropolitenində qatarların hərəkət qrafiki elektron növə keçirilib. Bunu Trend-ə Azərbaycanın informasiya texnologiyaları bazarındakı mənbə deyib.Onun sözlərinə görə, qrafik əvvəl kağız üzərində tərtib edildiyi halda, hazırda bu, xüsusi proqram təminatına əsaslanır: "Bakı Metropoliteninin əməkdaşları (dispetçer heyəti və maşinistlər) üçün xüsusi olaraq hazırlanmış distributiv planşet kompüterlərə instalyasiya edilir".Mənbə deyib ki, proqram təminatı maşinistə bu və ya digər halda riayət etməli olduğu qatarın hərəkət istiqaməti, hərəkət sürəti, həmçinin qatarın bu və ya digər stansiyada nə qədər müddətə dayanmalı olması barədə uzaqdan əmri interaktiv formada əldə etməyə imkan verəcək.Texnoloji yeniliklərdən biri də hazırda tikilən "Avtovağzal" və "Əcəmi-2" stansiyalarında "Acess Control" çıxışı olan idarəetmə sistemlərinin quraşdırılmısıdır. Sistem kənar şəxslərin stansiyaların server və digər texniki məkanlara çıxışının məhdudlaşdırılmasını nəzərdə tutur.Bundan başqa, Bakı Metropoliteninin rəhbər heyətinin yerləşəcəyi yeni texnoloji korpusda videokonfrans-əlaqə sistemi quraşdırılıb. Sistem rəhbərliyin haradan asılı olmayaraq heyətlə videokonfrans-əlaqə yaratmasını nəzərdə tutur. Videokonfrans-əlaqəyə çıxışı smartfon, portativ və ya planşet kompüterlər vasitəsilə əldə etmək olar.Metropoliten əməkdaşlarının daim rabitə əlaqəsində olması mövcud obyektin strateji əhəmiyyəti nəzərə alınmaqla xüsusi önəm daşıyır.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol