• $
  • €
  • ₽
  • ₺
  • £

AZAL Bakı–Kişineu–Bakı reyslərini gündəlik edəcək

AZAL Bakı–Kişineu–Bakı reyslərini gündəlik edəcək
11.04.2025 10:48

"Azərbaycan Hava Yolları" QSC Bakı–Kişineu–Bakı reyslərini gündəlik etməyi planlaşdırır. 

Bu  barədə qurumdan bildirilib.

Qurumla Moldova nümayəndə heyəti arasında görüş baş tutub. Görüşdə AZAL-ın prezidenti Samir Rzayev, Moldovanın Baş nazirinin müavini, İnfrastruktur və Regional İnkişaf naziri, Azərbaycan-Moldova Hökumətlərarası Komissiyasının həmsədri Vladimir Bolea, Moldovanın Azərbaycandakı səfiri Aleksandr Esaulenko, Azərbaycanın Moldovadakı səfiri Ülvi Baxşəliyev, eləcə də AZAL-ın və Moldovanın digər nümayəndələri iştirak ediblər.

Görüş zamanı Azərbaycan və Moldova arasında hava nəqliyyatı sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub. Hava əlaqələrinin inkişafı, müntəzəm sərnişin daşımalarının artırılması və aviasiya sahəsində gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Rzayev görüş zamanı bildirib ki, artan tələbatdan irəli gələrək bu aydan Bakı–Kişineu–Bakı reyslərinin sayı həftədə 5 dəfəyə çatdırılıb, mayda isə 7 dəfəyə, yəni gündəlik uçuşlara qədər artırılması planlaşdırılır.

V.Bolea və A.Esaulenko AZAL ilə əlaqələri yüksək qiymətləndirərək Moldova tərəfinin əlaqələrin inkişafına hərtərəfli dəstək verməyə hazır olduqlarını bildiriblər.

Bakı–Kişineu–Bakı marşrutu üzrə müntəzəm uçuşlara 2023-cü ilin sentyabr ayında başlanılıb. 2024-cü ildə bu istiqamətdə 189 reys (gediş-dönüş) yerinə yetirilib və 49 636 sərnişin daşınıb. 2025-ci ilin ilk üç ayında isə 51 reys (gediş-dönüş) icra olunub ki, bu istiqamət üzrə 12 180 sərnişin daşınıb.

Hər iki tərəf reyslərin artırılmasının sərnişinlər üçün əlavə rahatlıq yaradacağına, Azərbaycan və Moldova arasında iqtisadi, mədəni və turizm əlaqələrinin inkişafına da töhfə verəcəyinə əminliklərini ifadə edib.

Görüşdə həmçinin tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər və gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol