• $
  • €
  • ₽
  • ₺
  • £

Rafiq Hüseynov: “Artıq işə çıxıram”

Rafiq Hüseynov: “Artıq işə çıxıram”
14.01.2014 17:56
“Səhhətim yavaş-yavaş qaydasına düşür, get-gedə özümü lap yaxşı hiss edirəm. Bu həftədən artıq işə çıxmağa da başlamışam. Evdə otura bilmirəm, darıxıram. İşdə dostlarla görüşürəm, başım qarışır”.Bu sözləri APA-ya açıqlamasında Türkiyədə əməliyyat olunan məşhur diktor, xalq artisti Rafiq Hüseynov deyib. Onun sözlərinə görə, səhhətində ümumi zəiflik olsa da, əməliyyat müsbət nəticəsini göstərir: “Hər şey qaydasındadır, dava-dərman qəbul edirəm. Düzdür, səsim hələ tam düzəlməyib, amma həkimlər təminat veriblər ki, əvvəlki kimi olacaq”. R. Hüseynov əlavə edib ki, bu günlərdə akademik Əhliman Əmiraslanovla görüşəcək: “Əhliman müəllim xaricdə idi, ona görə görüşümüz bir az gecikdi. İki günə görüşəcəyik, ümumi müayinə edəcək və qərar verəcək ki, kimyaterapiya Bakıda, yoxsa Türkiyədə olsun”. Qeyd edək ki, R. Hüseynov ağciyər xərçəngindən əziyyət çəkir. O, dekabrın 10-da Türkiyədə əməliyyat olunub. Həkimlər 4 saat çəkən əməliyyatla onun ağciyərinin üstündəki şişi götürüblər. ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol