• $
  • €
  • ₽
  • ₺
  • £

Zakir Həsənov Hulusi Akarla görüşüb

Zakir Həsənov Hulusi Akarla görüşüb
16.04.2025 15:28

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov aprelin 16-da Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Milli müdafiə komissiyasının sədri, Türkiyə Respublikasının sabiq milli müdafiə naziri cənab Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Türkiyə parlamentinin Milli müdafiə komissiyasının sədri protokola uyğun olaraq “Şərəf kitabı”nı imzalayıb.

General-polkovnik Zakir Həsənov qonaqları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. Nazir hər iki qardaş ölkənin dövlət başçılarının səmimi münasibətlərinin Azərbaycan və Türkiyə arasında bütün sahələrin, o cümlədən hərbi əməkdaşlığın inkişafında xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Cənab Hulusi Akar isə öz növbəsində Azərbaycana cari ildə ilk səfərindən razılıq ifadə edib, hər zaman olduğu kimi göstərilən səmimi münasibətə və qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edən qonaq Azərbaycan və Türkiyənin strateji müttəfiqlik səviyyəsinə çatan hərbi əlaqələrinin daim inkişaf etdiyini xüsusi vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran, o cümlədən regional təhlükəsizliyə dair məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol