• $
  • €
  • ₽
  • ₺
  • £

DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına xəbərdərlıq edib

DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına xəbərdərlıq edib
16.04.2025 20:24

BDYPİ hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib. 

Xəbərdarlıq mətnində deyilir:

"Ölkə ərazisində gün ərzində müşahidə olunan güclü və fasiləsiz yağıntılar nəticəsində bəzi yol sahələrində su yığılması, yol örtüyünün sürüşkən hala gəlməsi, yol çökməsi, eləcə də görünüş məsafəsinin azalması halları qeydə alınır. Xüsusilə gecə saatlarında bu cür hava və yol şəraiti hərəkətdə ciddi çətinliklərə səbəb olur, qəza riskini artırır.

Dövlət Yol Polisi hərəkətin təhlükəsizliyinin təmin olunması istiqamətində nəzarət tədbirlərini gücləndirib, zəruri bütün tədbirlərin görülməsi davam etdirilir. Lakin hava şəraitindən irəli gələn risklərin tam qarşısının alınması mümkün olmadığından, sürücülərdən hava və yol şəraitini nəzərə almaları, avtomobili ehtiyatla idarə etmələri, təhlükəsizlik qaydalarına ciddi əməl etmələri, sel, sürüşmə və uçqun təhlükəsi olan ərazilərdən mümkün qədər uzaq durmaları xahiş olunur.

Piyadalardan da bu hava şəraitində daha diqqətli olmaları, yalnız müəyyən olunmuş piyada keçidlərindən istifadə etmələri tələb olunur.

Mövcud vəziyyəti nəzərə alaraq, vətəndaşlardan zərurət olmadıqca axşam və gecə saatlarında şəxsi nəqliyyat vasitələri ilə yola çıxmamaları tövsiyə edilir.

Yollarda təhlükəsizliyin qorunması üçün hər birinizdən diqqətli və məsuliyyətli davranmağınız bir daha xahiş olunur".

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol