• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün yeni peşə təliminə başladı

“Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün yeni peşə təliminə başladı
17.04.2025 13:29

Sərfəlilik strategiyası ilə yanaşı, inklüzivlik və bərabər imkanların təşviqi istiqamətində fəaliyyətini davam etdirən “Nar” “Karlara Dəstək” İctimai Birliyi ilə birgə nitq və eşitmə məhdudiyyətli şəxslər üçün modelyer-dizayner peşəsi üzrə ikinci peşəkar təlim mərhələsinə start verib. Bu dəfə təlimlərdə 18-35 yaş aralığında 10 nəfər iştirak edir.


Təlim proqramı iştirakçıların yaradıcılıq bacarıqlarını inkişaf etdirməklə yanaşı, onların əmək
bazarına inteqrasiyasına və müstəqil fəaliyyət imkanlarının genişlənməsinə dəstək olmağı
hədəfləyir. İştirakçılar modelyer-dizayner sahəsində praktik vərdişlər – parça seçimi, eskizlərin
hazırlanması və tikiş prosesləri ilə yanaşı, nəzəri biliklər də əldə edəcəklər. Bu təlimlər onların
gələcəkdə ixtisaslaşmış sahədə uğur qazanmaları üçün möhkəm baza yaradır.


Cəmiyyətdə bərabər imkanların yaradılmasını əsas məqsədlərindən biri kimi görən “Nar”
inklüzivlik, təhsil və sosial dəstək istiqamətində layihələrə töhfəsini davam etdirir. Nitq və eşitmə
məhdudiyyətli şəxslərin cəmiyyətə uyğunlaşmasını asanlaşdıran sosial təşəbbüslər isə “Nar” üçün önəmli istiqamətlərdən biridir.


Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə
Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator
müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət
təqdim edir.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol