• $
  • €
  • ₽
  • ₺
  • £

Hesablama Palatası Elm və Təhsil Nazirliyində bir sıra nöqsanlar aşkarlayıb

Hesablama Palatası Elm və Təhsil Nazirliyində bir sıra nöqsanlar aşkarlayıb
18.04.2025 10:22

Hesablama Palatası Elm və Təhsil Nazirliyində keçirilən maliyyə auditi zamanı bir sıra təhriflər müəyyən edib. Bu barədə Hesablama Palatasının bülleteninin 2025-ci il üzrə birinci nömrəsində qeyd olunub. 

Nazirliyin 2023-cü il üzrә hazırlanmış konsolidә edilmiş maliyyә hesabatlarında nәzәrә alınmış alt-qurumlarının müvafiq il üzrә maliyyә hesabatlarında bir sıra әhәmiyyәtli tәhriflәr aşkar edilib.  Bunlar bәzi alt-qurumlar tәrәfindәn 3566944,4 manat dәyәrindә olan әsaslı tәmir işlәrinin kapitallaşdırılmaması, 6747889,3 manat dәyәrindә qeyri-maliyyә aktivlәrinin (dәrs vәsaitlәri, elektron vә video dәrslәr, rәqәmsal tәdris vәsaitlәri) yanlış hesablarda uçota alınması, 1629352,2 manat dәyәrindә istismar müddәti bitmiş proqram tәminatı lisenziyalarının balansda qalması, 1917949,5 manat mәblәğindә aktivlәrin, 1828883,1 manat mәblәğindә kapitalın vә 89066,4 manat mәblәğindә öhdәliklәrin maliyyә hesabatlarında әks etdirilmәmәsi, 18985417,6 manat mәblәğindә xәrcin sair әmәliyyat gәliri kimi uçota düşmәsidir.

Bundan әlavә, 14 kollec vә peşә mәrkәzi tәrәfindәn 128681553,4 manat mәblәğindә nizamnamә kapitalının maliyyә hesabatlarında әks etdirilmәsi zamanı yanlış maddәdәn istifadә edilmiş, hәmçinin hәmin mәblәğ qanunverciliklә nәzәrdә tutulmuş prosedur olmadan 8214101,1 manat mәblәğindә azalma ilә әks etdirilib. 

Nazirlik tәrәfindәn konsolidә edilmiş maliyyә hesabatlarının hazırlanması zamanı nәzәrә aldığı altqurumların maliyyә hesabatlarında kifayәt qәdәr әhәmiyyәtli tәhriflәr aşkar edilib. 

Kәnar dövlәt maliyyә nәzarәti tәdbiri çәrçivәsindә icra edilmiş audit prosedurlarının nәticәsindә yuxarıda qeyd edilәn ikinci növ tapıntının mövcudluğu da müәyyәn edilib.

 Nazirlik tәrәfindәn “35 nömrәli Birlәşdirilmiş (konsolidә edilmiş) Maliyyә Hesabatları” İctimai sektor üçün Mühasibat Uçotunun Beynәlxalq Standartının 14-cü bәndinin tәlәblәri gözlәnilmәyib.

Nazirliyin tabeliyindә olan bir sıra alt-qurumlar, o cümlәdәn 20 ali tәhsil müәssisәsi, 6 tәsәrrüfathesablı elmi xidmәt muәssisәsi, 3 elmi müәssisә vә 4 digәr qurumun maliyyә mәlumatları 2023-cü il üzrә hazırlanmış konsolidә edilmiş maliyyә hesabatlarının tәrkibinә daxil edilmәmiş, bu qurumların maliyyә vәziyyәti vә maliyyә fәaliyyәtinin nәticәlәrinә dair әhәmiyyәtli mәblәğlәr Nazirliyin konsolidә olunmuş maliyyә hesabatında әks etdirilməyib.

Gülnar Nazimqızı 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol