• $
  • €
  • ₽
  • ₺
  • £

Valideynlərin və hərbi xidmətdə olan gənclərin NƏZƏRİNƏ!

Valideynlərin və hərbi xidmətdə olan gənclərin NƏZƏRİNƏ!
18.04.2025 23:13

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Milli Müdafiə Universiteti valideynlərə və hazırda xidmətdə olan əsgərlərə müraciət edib.

Müraciətdə bildirilir:

"İlk dəfə olaraq Azərbaycan Ordusunda müddətli həqiqi hərbi xidmət keçən şəxslər üçün təhsil almaq imkanı yaradılıb.

Belə ki, Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə xidmət edən, 2024-cü ildə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən 11-ci sinif buraxılış imtahanından yüksək nəticə əldə etmiş müddətli həqiqi hərbi qulluqçular (əsgərlər) üçün Bakı və Naxçıvan Hərbi Kolleclərində təhsil almaq imkanı təqdim ediləcəkdir. Müəyyən edilmiş meyarlara cavab verən yüksəkgöstəricili əsgərlərə Hərbi Kolleclərdə təhsil almaqla bağlı xidmət etdikləri hərbi hissələr tərfindən ətraflı məlumat veriləcək. Hərbi kolleclər üçün tələb olunan tibbi müayinədən keçən və göstəriciləri uyğun hesab edilən şəxslərin namizədliyi qeydə alınacaq.

İkiillik təhsil müddətində kursantlar Hərbi Kolleclərdə 9 peşə, 27 hərbi ixtisas üzrə təhsil alırlar.

İmtiyazlar:

Təhsil müddətində

- əşya, ərzaq, tibbi sığorta, yaşayış yeri (yataqxana) təminatı;

- kursanta və onun ailə üzvlərinə ödənilən birdəfəlik və aylıq ödəmələr;

- dövlət hesabına xaricdə təhsil imkanı.

Xidmət müddətində 

- gizir hərbi rütbəsinin verilməsi;

- xidməti mənzil və ya müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün pul kompensasiyasının təmin edilməsi;

- il ərzində birdəfəlik verilən maddi yardım, növbəti məzuniyyətə çıxarkən əlavə pul təminatı, qüsursuz hərbi xidməti nəzərə alınmaqla əsas vəzifə və rütbə maaşının iki misli həcmində birdəfəlik pul mükafatı;

- özü və ailə üzvləri üçün güzəştli tibbi təminat;

- güzəştli ipoteka krediti (5 il xidmət etdikdən sonra, ipoteka yolu ilə alınan yaşayış sahəsinin dəyərinin 15 faizədək olan hissəsi dövlət tərəfindən maliyyələşdirilməsi);

- Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox qüsursuz xidmət etdikdə dövlət vəsaiti hesabına mənzillə təmin olunması;

- karyerada davamlı yüksəliş.

Tələb olunan meyarlara uyğun gələn və hazırda xidmətdə olan hərbi qulluqçuların valideynləri onları maraqlandıra biləcək suallarla bağlı ətraflı məlumat almaq üçün Milli Müdafiə Universitetinin rəsmi "WhatsApp" kanalını (//whatsapp.com/channel/0029Vb5xsnr30LKR5UG9kQ0) izləyə bilərlər".

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol