• $
  • €
  • ₽
  • ₺
  • £

Cavadağa Sultanov sərbəst buraxıldı

Cavadağa Sultanov sərbəst buraxıldı
14.01.2014 11:38
BƏƏ-də saxlanılan Bakı Baş Polis İdarəsinin keçmiş rəis müavini Cavadağa Sultanov yenidən sərbəst buraxılıb. Ondan ölkəni tərk etməmək haqqında iltizam alınıb. Bu barədə APA məlumatlı mənbəyə istinadən xəbər yayıb. Xatırladaq ki, ötən ilin noyabrın 6-da BƏƏ-də saxlanılan Azərbaycan vətəndaşı Cavadağa Sultanov fırıldaqçılıqda və külli miqdarda vəsaiti vergidən yayındırmaqda ittiham edilir. Bir müddət sonra C.Sultanov Azərbaycanın BƏƏ-dəki səfirinin xahişi əsasında səhhəti ilə əlaqədar azadlığa buraxılıb. C.Sultanovun həyat yoldaşı dəfələrlə Azərbaycanın Əbu Dabidəki səfirliyinə müraciət edərək, onun səhhətinin pisləşdiyini deyib. Lakin yanvarın əvvəlində Dubay Ali Məhkəməsinin qərarı ilə C.Sultanov məhkəmə iclasına gəlmədiyi üçün yenidən saxlanılıb. Xatırladaq ki, polis polkovniki Cavadağa Sultanov Hacı Məmmədovun işi ilə bağlı aparılan araşdırmanın nəticəsi olaraq daxili işlər nazirinin 23 mart 2005-ci il tarixli əmri ilə daxili işlər orqanlarından xaric edilib. O, Hacı Məmmədovun cinayət işində şahid qismində dindirilib C.Sultanov Bakının Binəqədi rayon Polis İdarəsinin rəisi də işləyib.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol