Maşın vuran məktəb direktoru öldü

Dünən saat 19 radələrində Bakı-Qazax magistral yolunda baş verən yol-nəqliyyat qəzası ölümlə nəticələnib.APA-nın qərb bürosunun verdiyi məlumata görə, magistral yolun Azad kəndindən keçən hissəsində yolu keçmək istəyən kənd sakini, 60 yaşlı Salman Abbasov ağır vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq S. Abbasov gecə saatlarında dünyasını dəyişib.Hadisəni törədən naməlum avtomobilin tapılması istiqamətində Dövlət Yol Polisi İdarəsində tədbirlər həyata keçirilir. Qeyd edək ki, S. Abbasov Goranboy rayonun Azad kənd orta məktəbin direktoru olub.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























