• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan səfirliyinin əməkdaşları Litvada qəza törədib

Azərbaycan səfirliyinin əməkdaşları Litvada qəza törədib
21.04.2025 22:22

Azərbaycanın Litvadakı səfirliyinin əməkdaşları qəzaya düşüb.Bu barədə “TV3LT” məlumat yayıb.

Məlumata görə, “VW Passat” markalı diplomatik avtomobil Vilnüs sakininə məxsus avtomobilə çırpılıb.

Bildirilir ki, səfirliyin avtomobili işıqforun qırmızı işığında kəsişməyə daxil olaraq “VW Polo” markalı maşınla toqquşub. 

Sürücü qeyd edib ki, səfirlik əməkdaşları ondan polisə zəng etməməyini xahiş ediblər, lakin o buna əhəmiyyət verməyib və polisə qəza barədə məlumat verib.

Şahidlərin sözlərinə görə, diplomatik avtomobildə biri qadın olmaqla 4 nəfər olub.

Özünü səfirliyin sürücüsü kimi təqdim edən şəxsin qanında alkoltest zamanı 1.4 promille spirt çıxdığı qeyd edilib.

Litva qanunlarına görə, qəza ağır nəticələrə səbəb olmayıbsa, sürücü bu halda inzibati məsuliyyətə cəlb olunur.

Bunun ardınca isə həmin şəxslərdən digəri avtomobili özünün idarə etdiyini iddia edib.

Qeyd edilib ki, o, diplomatik toxunulmazlığını əsas gətirərək spirt testindən keçməkdən boyun qaçırıb.

Şəhər polisi bildirib ki, hələ də “VW Passat”ı kimin idarə etdiyini müəyyənləşdirə bilməyib.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol