• $
  • €
  • ₽
  • ₺
  • £

KTMT Ermənistanın təşkilatdan çıxmadığını bəyan edib

KTMT Ermənistanın təşkilatdan çıxmadığını bəyan edib
24.04.2025 17:31

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından ( KTMT ) çıxmayıb. Bunu təşkilatın baş katibi İmanqali Tasmaqambetov deyib.

“Ermənistan geri çəkilmədi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının işində iştirakını dayandırdı", - o bildirib. 

Yanvarın 15-də respublikanın müdafiə naziri Suren Papikyan bəyan edib ki, Ermənistan Rusiya ilə münasibətləri yüksək səviyyədə saxlamaqda maraqlıdır. O vurğulayıb ki, Ermənistan de-fakto KTMT-də heç bir iştirak etmir, lakin respublika  Rusiya Federasiyası ilə münasibətlərə dair heç bir ikitərəfli sənədi ləğv etməyib və təşkilatı tərk etməyib.

Bundan əvvəl Ermənistan rəsmiləri bildirib ki, KTMT məsələsində nəyinsə dəyişəcəyini düşünmürlər.  Onlar hesab edirlər ki, KTMT, ilk növbədə, özü mövcud olub-olmadığını anlamalıdır.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının  "Sarsılmaz qardaşlıq” adlı təlimləri artıq bir dəfə  2015-ci ildə Ermənistanda keçirilib. Həmin təlimlərdə  Rusiya Mərkəzi Hərbi Dairəsinin sülhməramlı briqadasının hərbçiləri, o cümlədən Ermənistan, Qazaxıstan, Belarus, Qırğızıstan və Tacikistandan olan 500-ə yaxın hərbçi iştirak edib.

2022-ci ildə KTMT ölkələrinin "Sarsılmaz qardaşlıq” hərbi təlimləri Qırğızıstanda keçirilməli idi, lakin bu ölkənin Müdafiə Nazirliyi səbəbini açıqlamadan təlimləri ləğv edib. 

KTMT 1994-cü ildə qüvvəyə minib. O zaman təşkilat 9 ölkədən ibarət olub. Daha sonra  Azərbaycan, Gürcüstan və Özbəkistan bu təşkilatı tərk edib.

Gülnar 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol