Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sabah – aprelin 26-da – bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti səbəbindən avtomobil yollarında görünüş məsafəsinin azalacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, gecə və səhər saatlarında müşahidə olunacaq duman səbəbindən magistral yollarda görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşa bilər.
Sürücülərə ehtiyatlı olmaları tövsiyə olunur.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























