• $
  • €
  • ₽
  • ₺
  • £

Ruhi dispanserdən qaçanlarla bağlı rəsmi məlumat yayıldı

Ruhi dispanserdən qaçanlarla bağlı rəsmi məlumat yayıldı
13.01.2014 13:54
Daxili İşlər Nazirliyi Bakıda ruhi dispanserdən qaçan şəxslərin tutulması ilə bağlı rəsmi məlumat yayıb.Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Psixiatriya Xəstəxanasından qaçan, Cinayət Məcəlləsinin 304-cü maddəsi (azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma) ilə axtarışda olanlar - Tural Abbasov və Yusif Məhərrəmov Yeni Günəşli qəsəbəsi “V” yaşayış sahəsindəki mənzillərdən birində tutulublar. APA-nın əldə etdiyi məlumata görə, saxlanılarkən polisə müqavimət göstərən bu şəxslərdən quldurluq etməkdə istifadə olunan müxtəlif qara markalar və soyuq silah götürülüb. Yusif Məhərrəmov ruhi xəstələrin xəstəxanadan qaçmasını təşkil edən şəxsdir. Qeyd edək ki, ötən il noyabrın 15-də saat 06.15 radələrində Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Psixiatriya Xəstəxanasında müalicə olunan, Cinayət Məcəlləsinin 177, 178, 181 və 310-cu maddələri ilə təqsirləndirilən Binəqədi rayon sakini Tural Abbasov, Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə təqsirləndirilən Elvin Nəsrullayev, Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə təqsirləndirilən Xırdalan şəhər sakini Razim Hacıyev və Şahbuz rayon sakini Yusif Məhərrəmov orada xidmətdə olan Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları - polis serjantı Vasif Rzaquliyevə və mülki mühafizəçi Tahir Dərgahova dəmir parçası ilə müqavimət göstərərək qapının qıfılını sındırıb oradan qaçıblar. Həmin gün Ruhi Psixiatriya Xəstəxanasında xidmətdə olan polis əməkdaşı, 1978-ci il təvəllüdlü Rəşad Nurəddin oğlu Həsənov noyabrın 16-da özünü binadan ataraq intihar edib. Xəstəxanadan qaçan digər iki nəfər - Elvin Nəsrullayev və Razim Hacıyev isə bir müddət əvvəl saxlanılıblar.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol