• $
  • €
  • ₽
  • ₺
  • £

Böyük cərimələr avtoxuliqanları “ayıldıb”

Böyük cərimələr avtoxuliqanları “ayıldıb”
13.01.2014 12:47
Avtoxuliqanlarla bağlı təyin edilən yüksək cərimələr müsbət nəticə əldə etməyə imkan verir. Hər halda avtoxuliqanlıq əməlinə görə cinayət məsuliyyəti tətbiq edilsə, daha yaxşı olar. Modern.az xəbər verir ki, bu sözləri Bakı şəhər DYP-nin şöbə rəisi Vaqif Əsədov Milli Məclis tərəfindən “avtoş”lara qarşı cərimələrin məbləğinin yüksəldilməsindən sonrakı vəziyyəti şərh edərkən bildirib.Onun sözlərinə görə, cərimə məbləği sərtləşdikcə, törədilən xətaların sayı azalır.“Əvvəlki illərlə müqayisədə protokollar azalıb. Qanuna edilən  əlavə və dəyişikliklər sərtləşdikcə, xüsusən cərimənin məbləğinin artması qəza hallarının minimuma düşməsinə, nizam-intizamın pozulma hallarının azalmasına müsbət təsir göstərir”- deyə V.Əsədov vurğulayıb.  V.Əsədovun sözlərinə görə, gün ərzində 100 protokol yazılırsa, təxminən 30 faizi təhlükəsizlik kəmərlərindən istifadə etməməyə görədir:“Təhlükəsizlik kəmərlərindən istifadə edilməməsinə görə cərimə məbləği 15 manat nəzərdə tutulurdusa, hazırda bu 40 manatdır. Bundan sonra təhlükəsizlik kəmərlərindən istifadə etmək halları artdı. Cərimənin məbləği artdıqca nizam-intizam səviyyəsi yüksəlir”.DYP rəsmisi bildirib ki, ötən il Bakıda 200-dən artıq avtoxuliqan saxlanılıb və məsuliyyətə cəlb edilməsi üçün sənədləşdirilib, aidiyyatı üzrə məhkəmələrə göndərilib.Xatırladaq ki, avtoxuliqanlıq edənlərə sürücülük hüququndan məhrum edilməsi və yüksək məbləğdə cərimə ilə yanaşı 2 ay müddətinə həbs cəzasının verilməsi də nəzərdə tutulub. ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol