• $
  • €
  • ₽
  • ₺
  • £

“Centrum Air” Bakıdan Daşkəndə birbaşa uçuşlara başlayır

“Centrum Air” Bakıdan Daşkəndə birbaşa uçuşlara başlayır
05.05.2025 19:13

2025-ci il 5 may tarixindən etibarən Özbəkistanın “Centrum Air” aviaşirkəti Bakı–Daşkənd marşrutu üzrə müntəzəm birbaşa reyslərin icrasına başlayıb.Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.

Uçuşlar hər həftənin bazar ertəsi günü müasir və komfortlu Airbus A320 təyyarələri ilə yerinə yetirilir.

“Centrum Air”-in uçuş cədvəli:

Bakı → Daşkənd: uçuş saat 19:20, eniş saat 22:50

Daşkənd → Bakı: uçuş saat 16:15, eniş saat 18:20

Daşkənd — Özbəkistanın ən iri şəhəri və Mərkəzi Asiyanın əsas iqtisadi, mədəni və nəqliyyat mərkəzlərindən biridir. Şəhər zəngin tarixi irsi və müasir infrastruktur imkanlarını özündə birləşdirir. Bakı isə Avropa ilə Asiya arasında yerləşən aparıcı hava nəqliyyatı qovşağı kimi mövqeyini gücləndirməyə davam edir və beynəlxalq əlaqələrin genişlənməsinə töhfə verir. Paytaxtlar arasında birbaşa hava əlaqəsi sərnişinlər üçün turizm, biznes və humanitar əməkdaşlıq sahələrində əlavə imkanlar yaradır.

“Biz Heydər Əliyev Beynəlxalq Aeroportuna “Centrum Air” reyslərinin açılmasını alqışlayırıq. Məşhur marşrut üzrə yeni aviadaşıyıcının olması bazarımıza artan marağı təsdiq edir və Azərbaycan və Özbəkistan arasında nəqliyyat əlaqələrini gücləndirir. Marşrut şəbəkəsinin genişləndirilməsi bizim üçün strateji prioritet olaraq qalır və biz beynəlxalq aviaşirkətlərlə əməkdaşlığın dərinləşdirilməsinə hazırıq”, – deyə Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru Teymur Həsənov bildirib.

“Centrum Air” üçün yaxın tərəfdaşlarla hava əlaqələrinin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Özbəkistan və Azərbaycan arasında təkcə iqtisadi deyil, həm də dərin tarixi, mədəni və qohumluq əlaqələri mövcuddur. Bakı–Daşkənd reysi xalqlarımız arasında daha bir körpü olacaq və səyahətləri asanlaşdıracaq”, – deyə “Centrum Air”in təsisçisi və İdarə Heyətinin sədri Əbdüləziz Əbdürəhmanov qeyd edib.

Bakı–Daşkənd istiqaməti artıq Heydər Əliyev Beynəlxalq Aeroportunun marşrut şəbəkəsində mövcuddur. “Centrum Air”in də bu xəttə daxil olması sərnişinlər üçün əlavə tezlik və seçim imkanı yaradacaq.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol