• $
  • €
  • ₽
  • ₺
  • £

Həcc ziyarəti zamanı viza qaydalarını pozanlar 26 min dollar cərimələnəcək

Həcc ziyarəti zamanı viza qaydalarını pozanlar 26 min dollar cərimələnəcək
05.05.2025 22:20

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi Həcc ziyarətində viza qaydalarını pozanlar üçün 26 min dollara qədər böyük məbləğdə cərimələr və Krallığa mümkün giriş qadağası tətbiq olunacağını elan edib.Bu barədə  xarici KİV xəbər verir.

Nazirlik cəzadan yayınmaq üçün qarşıdan gələn mövsümdə Həcc ziyarətinə rəsmi icazənin alınmasının vacibliyini vurğulayıb.

Bildirilib ki, rəsmi icazəsiz və ya turist vizası ilə Həcc ziyarətinə gedən şəxslər 5332 dollar cərimələnəcək.

İcazəsiz Həcc ziyarətinə gedən və ya bunu etməyə cəhd edən şəxs üçün turist vizası üzrə müraciət edən hər kəs 26 min dollara qədər cərimələnəcək. Bu, Həcc dövründə səyahət vizası olanları Məkkəyə və ya müqəddəs yerlərə daşıyan hüquqi və fiziki şəxslərə də aiddir.Bu kateqoriyaya turist vizası sahiblərini otellərdə, mənzillərdə, şəxsi yaşayış yerlərində, sığınacaqlarda və ya zəvvarların məskunlaşdığı digər yerlərdə gizlədənlər, habelə onların Məkkədə və ya müqəddəs yerlərdə qalmalarına hər hansı formada yardım təklif edənlər də daxildir.

Nazirlikdən bildirilib ki,qanunu pozanlara və qeyri-qanuni olaraq Həcc ziyarətinə cəhd edərkən yaxalanan xarici vətəndaşlara 10 il müddətinə Səudiyyə Ərəbistanına giriş qadağan ediləcək.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol