• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda kibertəhlükəsizlik konfransı keçiriləcək

Bakıda kibertəhlükəsizlik konfransı keçiriləcək
06.05.2025 12:19

Bu il oktyabrın 9-10-da "Bakı Konqres Mərkəzi" MMC-də Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Dövlət Təhlükəsizliyi Xidmətinin təşkil etdiyi “Critical Infrastructure Defense Challenge 2025” (CIDC-2025) tədbiri çərçivəsində kibertəhlükəsizlik konfransı keçiriləcək.

Konfrans iştirakçıları qlobal kibermühitdə süni intellekt, “deepfake”, “Zero Trust” kimi yeni texnologiyaların tətbiqi, real insidentlərin təhlili, informasiya təhlükəsizliyi bazarının inkişaf perspektivləri və s. kimi kiberməkandakı problemlərlə bağlı təqdimat və panel müzakirələrdə iştirak edəcək, eləcə də ekspertlərdən real tövsiyələr əldə edəcəklər.

CIDC-2025 çərçivəsində həmçinin “Ağıllı şəhərlərdə kibermüharibə” adlı təlim-məşqlər keçiriləcək. Məqsəd virtual kritik informasiya sistemlərinin kibertəhdidlərə qarşı müdafiəsinin gücləndirilməsi və böhran vəziyyətlərində informasiya sistemlərinin idarə olunması üzrə praktiki bacarıqların artırılmasıdır. Təlimlər zamanı 3-5 nəfərlik komandalar öz virtual informasiya sistemlərini simulyasiya olunmuş kiberhücumlara qarşı müdafiə etməyə çalışacaqlar. Təlimlərin mükafat fondu 30 min manat təşkil edəcək.

Bundan əlavə, tədbir çərçivəsində “Hack The Future 2” adlı pulsuz təlim proqramı təşkil olunacaq. Bu proqram çərçivəsində müxtəlif yaş və bilik səviyyələri nəzərə alınaraq, tətbirin iştirakçıları üçün kibertəhlükəsizlik sahəsində altı pulsuz ustad dərsi keçiriləcək.

İki il əvvəl ilk dəfə təşkil olunmuş bu formatdakı tədbir kimi, CIDC-2025 də dövlət qurumlarının nümayəndələrini, sahə üzrə qabaqcıl ekspertləri və tələbələri bir araya gətirəcək. Tədbirin əsas məqsədi kibertəhlükəsizlik sahəsində müasir tendensiyaların müzakirəsi, real problemlərin həlli və müasir çağrışlara cavab verən kibermüdafiə həllərinin nümayiş etdirilməsidir.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol