Səhiyyə naziri: Xaricdəki iki mindən artıq həkim vətənə qayıdacaq

Xarici ölkələrdə çalışan 2500 türkiyəli həkim vətənə qayıdacaq. Trend-in cümə günü "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin səhiyyə naziri Mehmet Müəzzinoğlu deyib.Nazirin sözlərinə görə, hazırda Türkiyədə yerli kadrların işlə təmin edilməsi üçün hər cür şərait yaradılıb.Bir müddət əvvəl Müəzzinoğlu demişdi ki, ölkədə kəskin həkim çatışmazlığı səbəbindən Ankara türkiyəli həkimləri vətənə geri çağırır. O bildirmişdi ki, Türkiyəyə 20 mindən artıq həkim lazımdır.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























